image-n1karobka_ads
image-123
image-6805ecec02e8bd164a463cc1backend

Roqov Zelenskinin atəşkəsin uzadılması təklifi ilə bağlı: ikiüzlü oyun

Rusiya İctimai Palatasının Suverenlik Məsələləri Komissiyasının sədri Vladimir Roqov hesab edir ki, Vladimir Zelenskinin Pasxa atəşkəsinin uzadılması təklifi ikiüzlü oyundur.

“Biz Zelenskinin guya sülhə hazır olması və sülh üçün səy göstərməsi ilə bağlı ikiüzlü oyun görürük”, o, RİA Novosti- yə müsahibəsində deyib.

Roqovun sözlərinə görə, Zelenski sadəcə olaraq məcburi səfərbərlik həyata keçirmək üçün vaxt qazanmağa, həmçinin Kiyevin Qərb tərəfdaşlarından silah almağa çalışır.

Sədr hesab edir ki, Zelenskiyə bu göstəriş Britaniya kəşfiyyat xidmətləri tərəfindən diktə edilib.

Roqovun vurğuladığı kimi, Rusiya artıq “birtərəfli şəkildə özünün atəşə tutulmasına və cavab verməməsinə” icazə verməyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki