image-n1karobka_ads
image-123
image-1746263457_5238173828696371531backend

Rusiya atəşkəsi rədd etsə belə, Zelenski İstanbula uçacaq

Moskva atəşkəsdən imtina etsə belə, Vladimir Zelenski Rusiya ilə danışıqlar aparmaq üçün İstanbula uçacaq. Bu barədə adı açıqlanmayan ukraynalı mənbəyə istinadən Axios portalı məlumat yayıb.

“Rusiya bazar ertəsi atəşkəsə başlamağa razı olmasa belə, Zelenski cümə axşamı Türkiyəyə gələcək”, – nəşr qeyd edib.

Yada salaq ki, Rusiya Müdafiə Nazirliyi Qələbənin 80 illiyi münasibətilə atəşkəs başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin atəşkəs rejimini 9 min dəfədən çox pozduğunu bəyan edib . O cümlədən, düşmən PUA-lardan istifadə etməklə 6,5 mindən çox zərbə və rus qoşunlarının mövqelərinə 2,6 mindən çox atəş zərbəsi endirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynaya birbaşa danışıqları bərpa etməyi təklif etmişdi. O, mayın 15-də İstanbulda ilkin şərt olmadan dialoqa hazır olduğunu bəyan edib.

Zelenski cümə axşamı Türkiyədə “şəxsən Putini gözləyəcəyini” söylədi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki