Gürcüstan parlamentinin Bürosu müxalifətin təşəbbüsü ilə Rusiya tərəfindən ayrı-ayrı şəxslərin və təşkilatların maliyyələşdirilməsinə qarşı yönəlmiş xarici agentlər haqqında qanun layihəsini qeydə almayıb.
Bu barədə TASS məlumat yayıb.
Layihənin müəllifi respublikanın keçmiş baş naziri Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası olub. Qanun layihəsinə əsasən, Rusiyanın Gürcüstandakı “təsir agentləri”nin fəaliyyətinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Söhbət Rusiya Federasiyasından maliyyə alan və Gürcüstanda Rusiyanın maraqlarından çıxış edən həm hüquqi, həm də fiziki şəxslərdən gedir.
Aprelin 8-də Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə parlamentinə təqdim edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əhəmiyyətini açıqlayıb.
Mənbə: TASS