Rusiyanın milli bayramı şərəfinə keçirilən qala qəbuluna toplaşan və Rusiya səfiri Nikolay Nozdrevi şəxsən salamlamaq istəyən qonaqların sayı 350 nəfəri ötüb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Materialda qeyd olunur ki, tədbirdə Yaponiyadakı 50-dən çox xarici səfirlik rəhbərləri və 350-dən çox qonaq iştirak edib. Onların arasında Yaponiyanın keçmiş baş naziri Yukio Hatoyama, Yaponiya parlamentinin deputatı Muneo Suzuki, eləcə də ictimai xadimlər, idmançılar, jurnalistlər və mədəniyyət nümayəndələri olub.
Agentliyin məlumatına görə, növbə diplomatik nümayəndəliyin binasının girişindən foyeyə və pilləkənlərdən ikinci mərtəbəyə qədər uzanıb.