Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Rusiya NATO-nun Soyuq Müharibədən bəri ən böyük hərbi təlimlərinə cavab addımları barədə düşünəcək.
“Moskva danışır” radiostansiyası ilə söhbətində deputat ümid etdiyini bildirib ki, Rusiya Federasiyası istənilən təcavüzü dəf etməyə hazır olacaq.
“Biz bu təlimlərə nəzarət edəcəyik. Aydındır ki, biz bir yerdə dayanmayacağıq və cavab addımları barədə düşünəcəyik. Ümid edək ki, NATO-nun istənilən təcavüzünü dəf etməyə həmişə hazır olacağıq”, – senator bildirib.
O qeyd edib ki, yaranan təhlükəyə ən yaxşı cavab ölkənin müdafiə qabiliyyətini artırmaq və ordunu “ən müasir silahlarla” təchiz etmək olacaq. Cabarov hesab edir ki, bu cür tədbirlər “düşmənlərimizin ölkəmizə qarşı hər hansı aqressiv hücumlar etməyə dəyər olub-olmaması barədə ağıllarına gəlmələri üçün” kifayət edəcək.
Mənbə: Lenta.ru