Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov bildirib ki, İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumu barədə ABŞ-a məlumat verilə bilərdi.
O, bu ehtimalı “Rossiya 24” telekanalının efirində bildirib.
“Birləşmiş Ştatlar və İsrail arasındakı ikitərəfli münasibətlərin səviyyəsini nəzərə alsaq, onların bu və ya digər dərəcədə məlumatlı olduğunu və ya bəlkə də hansısa fəaliyyətdə iştirak etdiyini güman edə bilərəm. Amma bunlar fərziyyədir, mənim heç bir əsasım yoxdur”, – deyə TASS onun sözlərini sitat gətirir.
Bundan əlavə, diplomat qeyd edib ki, bu halda sözlərə deyil, ABŞ-ın Yaxın Şərqdə sülhün bərqərar olması üçün gördüyü hərəkətlərə diqqət yetirmək lazımdır. Onun fikrincə, silah tədarükü regionda vəziyyəti sabitləşdirmək məqsədinə ziddir.
Bundan əvvəl ABŞ prezidenti Co Baydenin HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümündən sonra Yaxın Şərqdəki həmkarlarına şəxsən zəng etmədiyi bildirilmişdi.
DOĞRU.AZ