image-ads_n1karobka_mobile
image-bez-imeni-3-pic_32ratio_900x600-900x600-43209backend

Rusiya və Çin BRİKS və ŞƏT sammitlərində Cənub ölkələri ilə əlaqələri gücləndirəcək

2024-cü ildə BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tədbirləri Rusiya və Çinə Qlobal Cənub ölkələri ilə əlaqələrini daha fəal gücləndirməyə imkan verəcək.

Bu barədə Sky News Australia yazır.

“Onlar  heç bir manipulyasiya olmadan Qlobal Cənub ilə münasibətləri inkişaf etdirmək istəyirlər.  Onların bu proqramı bu ilin sonunda ŞƏT və BRİKS-in yeni üzvlərinin sammitləri zamanı daha da inkişaf etdiriləcək”, – nəşr yazır.

Jurnalistlər qeyd ediblər ki, Qlobal Cənub ölkələri ilə əlaqələri gücləndirmək üçün Moskva və Pekin siyasi və iqtisadi təzyiqlərə əl atmır, bu da onları Vaşinqton və onun müttəfiqlərindən fərqləndirir.

Bundan əlavə, materialda deyilir ki, Qərb dünyadakı nüfuzunu durmadan itirir.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki