Çində 20 mindən çox rusiyalı tələbə ali təhsil alır, eyni zamanda Rusiya universitetlərində 56 mindən çox çinli tələbə təhsil görür.
Doğru.az xəbər verir ki, Dmitri Çernışenko qeyd edib ki, uzunmüddətli səmərəli əməkdaşlıq çərçivəsində iki ölkə artıq bir çox uğurlu birgə layihələri həyata keçirib. Məsələn, Uzaq Şərq Federal Universiteti Çində orta məktəblərdə yerləşən rus dili mərkəzlərinin şəbəkəsini genişləndirir.
Sentyabr ayında Rusiya və Çin Pekində 20-dən çox əməkdaşlıq sənədini imzalayıb. Sentyabrın 2-də isə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tszinpin arasında Pekində ikitərəfli danışıqlar keçirilmiş, görüş Çin liderinin şəxsi iqamətgahında davam etdirilmişdi.
DOĞRU.AZ




























