Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və türkiyəli həmkarı Hulusi Akar Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıb.
“Doğru.az” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılıqlar və Rusiya sülhməramlılarının yeridilməsi qan tökülməsini dayandırmağa və dinc həyata qayıtmaq üçün şərait yaratmağa imkan verib.
“Rusiya sülhməramlılarının iştirakı böhran regionunda sabitliyi təmin edəcək, qaçqınların axınını dayandıracaq, onların yaşayış yerlərinə qayıtmasına şərait yaradacaq. Ortaq monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin döyüş əməliyyatlarının dayandırılması rejiminə riayət etməsinə etibarlı nəzarət etməyə imkan verəcək və uzun müddət davam edən münaqişənin həlli üçün möhkəm bir zəmin yaradacaq”, – deyə S.Şoyqu bildirib.




























