image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_2153515723-pic_32ratio_900x600-900x600-22983backend

Rusiya Xarici İşlər Nazirliyi İsveç və Finlandiyanın üzvlüyünün NATO-ya necə təsir edəcəyini açıqlayıb

image-728x90px

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması alyansın Şimalda, Arktika regionunda ambisiyalarını artıracaq. 

Onun sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya daxil olması blokun Arktika regionunda ambisiyalarını artıracaq və “əlavə imkanların formalaşması”, bu ölkələrin ərazisinə “əlavə qüvvələrin və aktivlərin yerləşdirilməsi, təlimlərin intensivləşdirilməsi”, eləcə də komanda-qərargah zəncirlərinin yaradılması”.

Bundan əvvəl Hudson İnstitutunun baş analitiki Liselotte Odgaard “Foreign Policy” üçün yazdığı məqalədə Şimali Atlantika blokunun şimala doğru genişlənməsindən sonra belə NATO ölkələrinin Arktikada Rusiya ilə mübarizə aparmaq üçün kifayət qədər resursunun olmadığını bildirib.

O, ABŞ, Kanada, Finlandiya, İsveç və Danimarkanın öz donanmalarını yüksək enliklərdə əməliyyatlara hazırlamadıqlarına və Norveç donanmasının Arktikada blokun cinahını müstəqil şəkildə təmin etmək üçün kifayət qədər resursuna malik olmadığına diqqət çəkir.

“Şimali Atlantika blokunun müdafiə birləşmələrində böyük boşluqlar qalır” deyə ekspert yekunlaşdırıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki