Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Mixail Qaluzin Türkiyənin səfiri Tanju Bilgiç ilə görüşündə Ankaranı Qərbin Ukraynaya qarşı destruktiv siyasətində iştirakdan imtina etməyə çağırıb.
Onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.
Görüş zamanı Qaluzin Ukraynanı Qərb silahları ilə doldurmağın yolverilməz olduğunu bəyan edib ki, bu da münaqişəni yalnız uzadır və insan tələfatına səbəb olur.
“Türkiyə Respublikasına kollektiv Qərb ölkələrinin bu cür dağıdıcı siyasətlərində iştirakdan imtina etməyə çağırış edilib”, – nazirlik nümayəndələri bildiriblər.
Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ukrayna münaqişəsinə son qoymaq üçün hər cür səy göstərəcək .
DOĞRU.AZ