image-n1karobka_ads
image-123
image-6688243432e636688243432e6417201981966688243432e616688243432e62backend

Rusiya Xarici İşlər Nazirliyi Yaponiya-Amerika təlimləri ilə bağlı etirazını bildirib

image-ad_qayo_720x110px

Rusiya Xarici İşlər Nazirliyi Yaponiya-Amerika Şərq Qalxanı təlimlərinin Rusiya sərhədlərinə yaxın ərazidə keçirilməsi ilə bağlı kəskin etirazını bildirib.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“İyulun 18-26-da Yaponiyanın Rusiyadakı səfirliyinə “Orient Shield” birgə Yaponiya-Amerika təlimi ilə bağlı kəskin etiraz edilib. Hokkaydo Rusiya Federasiyasının sərhədlərinə yaxın ərazidə yerləşir”, – məlumatda deyilir.

XİN həmçinin vurğulayıb ki, sərhədlər yaxınlığında təxribat xarakterli hərbi fəaliyyət yolverilməzdir. Qeyd olunur ki, Moskva bunu Rusiyanın təhlükəsizliyinə potensial təhdid kimi qiymətləndirir.

Əvvəllər ABŞ-ın tezliklə Yaponiya, Avstraliya və Filippinlə yeni dəniz təlimləri keçirmək niyyətində olduğu bildirilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki