image-ads_n1karobka_mobile
image-66aa0aaeae5ac933734a46c4backend

Rusiya Xarici İşlər Nazirliyi: YouTube ABŞ-ın siyasi təlimatları üzərində işləyir

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib ki, YouTube platforması neytral deyil, Amerika hakimiyyətinin siyasi göstərişlərinə əməl edir.

Onun sözləri TASS-a istinadən xəbər verir.

“YouTube nümunəsindən istifadə edərək, yadda saxlamaq lazımdır ki, biz auditoriyanın maraqlarına yönəlmiş neytral transmilli şirkətlərlə deyil, Vaşinqtonun siyasi təlimatlarını hazırlayan Amerikalı iqtisadi operatorla işləyirik”, – Nastasin bildirib.

Əvvəllər informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ekspert təklif edirdi ki, insanların əksəriyyəti YouTube ilə bağlı problemlər yaranarsa, alternativ platformalara gedəcəklər.

Çeçenistan rəhbəri Ramzan Kadırovun sözlərinə görə , Rusiyada YouTube “cəhənnəmə bağlanmalıdır”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki