“RİA Novosti” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Ermakov bildirib ki, ABŞ öz nüvə silahlarını Britaniyaya qaytarmağı planlaşdırır.
“Bir çox əlamətlər var ki, ABŞ-ın nüvə silahlarının Britaniya ərazisinə qaytarılması məsələsi praktiki baxımdan nəzərdən keçirilir. “Biz Vaşinqtonun Böyük Britaniyadakı hərbi bazalardan birində müvafiq infrastrukturun modernləşdirilməsi üçün maliyyə dəstəyini nəzərdə tutan qərarlarından xəbərdarıq”, – Ermakov bildirib.
O qeyd edib ki, belə bir addım Rusiyanın müdafiə maraqlarının təmin edilməsi strategiyasında nəzərə alınır – axı bu, Amerika nüvə bombalarının yerləşdirilməsi coğrafiyasının genişləndirilməsi deməkdir və beynəlxalq təhlükəsizlik və sabitliyə zərbədir.
Mənbə: Gazeta.ru