image-n1karobka_ads
image-123
image-f73841c587dd02ed894386dcacf917b1backend

Rusiyadakı səfir: Livan İranın İsrailə cavabının vaxtı barədə məlumatlı deyil, lakin müharibə istəmir

image-ad_qayo_720x110px

Livan İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə nə vaxt cavab verəcəyini bilmir, lakin Beyrut regionda genişmiqyaslı müharibə istəmir.

Bu barədə Livanın Moskvadakı səfiri Şovki Bu Nassar TASS-a müsahibəsində bildirib.

“Biz, əlbəttə ki, İranın cavab verib-verməyəcəyini deyə bilmərik, çünki qərar Tehranda verilir”, – diplomat bildirib.

Eyni zamanda, o vurğuladı ki, Beyrut münaqişənin tammiqyaslı regional müharibəyə çevrilməyəcəyinə ümid edir, “çünki bu, heç kimin maraqlarına xidmət etməyəcək”.

Bundan əvvəl İsrail aviasiyası Livanın üç məntəqəsindəki hədəflərə zərbələr endirib.

Həmçinin, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi hücumda HƏMAS-ın səhra komandiri həlak olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki