image-n1karobka_ads
image-123
image-6971274dae5ac90bcc4fddc6backend

Rusiyanın Çinə zənginləşdirilmiş uran ixracı rekord həddə çatıb

image-add-a-heading

2025-ci ildə Rusiyanın Çinə zənginləşdirilmiş uran ixracı 40 faiz artaraq rekord səviyyəyə yüksəlib.

Doğru.az xəbər verir ki, Çin gömrük məlumatlarının təhlilinə əsasən, bu çatdırılmaların ümumi dəyəri 1,19 trilyon dollar təşkil edib. Bununla da Rusiya təxminən 95 faizlik payla Çinin zənginləşdirilmiş uran üzrə əsas təchizatçısı statusunu qoruyub saxlayıb.

Məlumata görə, Çinə bu xammalı tədarük edən digər ölkələr sırasında Qazaxıstan (67,3 milyon dollar) yer alıb. Daha az həcmdə isə Birləşmiş Krallıq, Fransa və ABŞ-dan idxal həyata keçirilib.

Qeyd olunur ki, Çin uranla yanaşı, Rusiyadan tibb sahəsində istifadə olunan radioaktiv elementlər — aktinium-225, radium-223 və kobalt da idxal edib. Bu maddələr əsasən xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsində istifadə olunur.

Xatırladaq ki, daha əvvəl Çinin 2025-ci ildə Rusiyadan neft idxalını 7,14 faiz azaltmağı planlaşdırdığı bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki