Banqladeşdə iğtişaşlar davam edir. Rusiyanın Dəkkədəki səfirliyi həmvətənlərinə imkan daxilində ölkəni tərk edib vətənlərinə qayıtmağı tövsiyə edib.
Diplomatik missiyanın Telegram kanalında dərc olunan mesajda Banqladeşdə keçid hökumətinin qurulması ilə bağlı etirazların davam etdirilməsi ehtimalının olduğu bildirilir.
“…Rusiya Federasiyası vətəndaşlarına təhlükəsiz olduqda Rusiyaya qayıtmaq barədə düşünməyi tövsiyə edirik”, – nəşr yazır.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Moskva Banqladeşdə vəziyyətin sürətlə sabitləşməsinə ümid edir.
DOĞRU.AZ