Doğru.az xəbər verir ki, Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.
Digər əmrə əsasən, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
Sabiq deputat bu təyinata qədər AMEA-nın İşlər idarəsinin müdiri olub.
Qeyd edək ki, Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

























