Salvadorun rəhbəri Nayib Bukele bildirib ki, Rusiya sanksiyalarla məhv edilə bilməz.
O, bunu məşhur amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Bukelenin sözlərinə görə, İspaniyaya qarşı sanksiyalar tətbiq olunarsa, iqtisadiyyatı məhv olacaq. Ancaq Rusiyaya qarşı sanksiyalar tətbiq edilsə, o, super güc olduğu üçün sınmayacaq.
Salvador prezidenti vurğulayıb ki, Rusiyanın enerji ehtiyatları, təbii qazı, sənaye potensialı, fabrikləri və işçiləri var.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin iri beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə demişdi ki, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar şübhəsiz ki, maneədir, lakin Moskva problemlərin öhdəsindən gəlir.
Mənbə: Haber Global