Fövqəladə və Səlahiyyətli səfir Aleksandr Yakovenko NATO-nun Avropa ilə ziddiyyətlərə görə ABŞ-ın özünü cilovlamaq vasitəsinə çevrildiyi fikrini bildirib.
O, bu barədə RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Avropa ölkələri ABŞ-dan dəstəyi itirdiyi üçün Ukraynanı müttəfiq kimi qəbul etmək qərarına gəliblər;
“Eyni zamanda, NATO liberal gündəmlə qətiyyətlə vidalaşan Amerikanın özünü cilovlamaq vasitəsinə çevrilir”, – Yakovenko aydınlıq gətirib.
Daha əvvəl Federasiya Şurasının senatoru Aleksey Puşkov bəyan etmişdi ki, Kiyev rejimi və bir sıra avropalı siyasətçilər “Amerika gəmisində üsyan” təşkil edir.
DOĞRU.AZ