Amerika həbsxanasında cəza çəkən rusiyalı Roman Seleznevin vaxtından əvvəl azadlığa buraxılma şansı yoxdur – biz yalnız mübadilə mümkünlüyünə ümid edə bilərik.
Bunu TASS-a Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
“Belə şanslar yoxdur. Müvafiq məxfi kanal çərçivəsində onun amerikalılardan biri ilə dəyişdirilməsi ehtimalı var”, – deyə Şimali Karolinadakı Butner həbsxanasında Seleznevə baş çəkən Antonov bildirib.
Seleznev LDPR-dən V, VI, VII və VIII çağırışların Dövlət Dumasının deputatı Valeri Seleznevin oğludur. 2016-cı ildə Sietl (Vaşinqton ştatı) məhkəməsi Roman Seleznevi yüzlərlə şirkəti sındırmaqda və oğurlanmış məlumatları satmaqda təqsirli bilib. Fırıldaqçılıqdan itkilər 169 milyon dolları ötüb.O, 2036-cı ildə azadlığa çıxmalıdır.
Mənbə: TASS