II Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid kapitan Vüqar Nəcəfov illər sonra valideynlərinin yuxularına girib. Şəhid ailəsini ziyarətə getmiş redaktorumuz İlahə Tofiqqızı ilə söhbətləşən valideynlər bu görüşün onlar üçün nə qədər ağır və duyğulu olduğunu bildiriblər.
Şəhidin atası Aydın dayı :
“Beş ildir Vüqarı yuxuda görmürəm. Oğlu Aydın xəstə olan gün gecə qızdırması qalxdı. Elə bil kimsə onu xəbır verməyə gəlmişdi Vüqar…”
Qeyd edək ki, Vüqar Nəcəfov 2014-cü ilin avqust döyüşlərinin və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. O, xidmət dövründə göstərdiyi igidliyə görə Azərbaycan Ordusunun 90 illiyi medalı, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə təltif edilib.
Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən kapitan Vüqar Nəcəfov, II Qarabağ müharibəsinin ilk günlərində Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Vüqarın adı Vətən tarixində, xatirəsi isə onu sevənlərin və valideynlərinin qəlbində əbədi yaşayacaq.
İlahə Əliyeva
DOĞRU.AZ





























