image-n1karobka_ads
image-123
image-img-20260104-wa0006backend

Şəhidlərin xatirəsinə həsr olunan inşa müsabiqəsinin qalibləri açıqlanıb – FOTO

image-ad_qayo_720x110px

Dünən “Azturk Holdinq” və “Şuşa” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Bir inşa, bir xatirə, bir qəhrəman!” layihəsi çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş inşa müsabiqəsinin yekun tədbiri keçirilib.

Doğru.az xəbər verir ki, təltifetmə mərasimində qalib şagirdlərlə yanaşı, onların valideynlərinə və müəllimlərinə də təşəkkür edilib.

“Mənim şəhidim, mənim qəhrəmanımdır” mövzusunda təşkil edilən müsabiqə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid xatirəsinin yaşadılması və milli-mənəvi dəyərlərin təbliği məqsədi daşıyıb. Tədbirdə şagirdlər və valideynlərlə yanaşı, millət vəkilləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, müsabiqəyə təqdim olunan inşalarda gənclərin Vətənə bağlılığı, şəhidlərə ehtiramı və tarixi yaddaşa sadiqliyi aydın şəkildə öz əksini tapıb. Münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyənləşdirilib və adları ictimaiyyətə açıqlanıb.

Tədbirdə çıxış edən “Azturk Holdinq”in və “Şuşa” Peşəkar Futbol Klubunun sahibi Güləli Bağırov bu cür layihələrin əhəmiyyətinə toxunaraq qeyd edib ki, məqsəd yalnız müsabiqə təşkil etmək deyil, gənc nəslin mənəvi dəyərlər əsasında formalaşmasına töhfə vermək, şəhidlərin xatirəsini daim yaşatmaqdır. Onun sözlərinə görə, gənclərin qələmindən çıxan hər bir yazı Azərbaycanın hansı qurbanlar hesabına bu günə gəlib çatdığını nümayiş etdirir.

Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri aşağıdakı kimi müəyyən edilib:

I yer – Gülbahar İbrahimli
II yer – Məryəm Bağırzadə
III yer – Fidan Nəbili
IV yer – Rüqayya Vəlizadə
V yer – Mərhab Əliyev
VI yer – Nərgiz Mehtiyeva
VII yer – Asena Sadıqova
VIII yer – Cavidan Nəbili
IX yer – Dəniz Mirzayeva
X yer – Məhəmməd Həsənov
XI yer – Nuray Əliyeva
XII yer – Yağmur Abdullayeva
XIII yer – Mehman Tarverdiyev
XIV yer – Nurlana Xəlilova
XV yer – Nurəddin Abdullayev

Tədbirdə şagirdlərlə yanaşı media nümaəyəndələri də təltif olunublar.

Xəyalə Məmmədova, Sevinc Kərimova, Emin Nəbili, Pərvin Kazımoğlu, Orxan Əliyev, Rəşad Bayramov, Orxan Kərimov, Ariz Əhədov, Sabuhi Vaqifoğlu, Fuad Mədətov, Bəhruz Məmmədov, İlqam Cəbiyev, Emin Fərzəliyev, Tural Hüseynov, Amil İbişov, Aslan Abbaszadə, Elvin Məmmədov, Ramin Məmmədov, Mikayıl Mirzəzadə.

Sonda layihə rəhbəri çıxış edərək müsabiqənin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə sponsor təşkilatlara xüsusi təşəkkürünü bildirib. O, orqanik məhsulların istehsalı və satışı ilə məşğul olan yerli “Azərkənaf” brendinə, “Maiden Tower Perfume” şirkətinə və “Səttar Art” rəsm kurslarına layihəyə verdikləri töhfəyə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Azturk Holdinq” və “Şuşa” Peşəkar Futbol Klubu milli-mənəvi dəyərlərin qorunması, şəhid xatirəsinin yaşadılması və vətənpərvər gəncliyin formalaşdırılması istiqamətində bu kimi layihələrin davam etdirilməsini planlaşdırır.

DOĞRU.AZ

image-img-20260104-wa0009 image-img-20260104-wa0008 image-img-20260104-wa0007 image-img-20260104-wa0012 image-img-20260104-wa0011 image-img-20260104-wa0010 image-img-20260104-wa0015 image-img-20260104-wa0014 image-img-20260104-wa0013 image-img-20260104-wa0017 image-img-20260104-wa0016 image-img-20260104-wa0018 image-img-20260104-wa0026 image-img-20260104-wa0031 image-img-20260104-wa0032 image-img-20260104-wa0025 image-img-20260104-wa0030 image-img-20260104-wa0029 image-img-20260104-wa0028 image-img-20260104-wa0033 image-img-20260104-wa0020 image-img-20260104-wa0021 image-img-20260104-wa0024 image-img-20260104-wa0023 image-img-20260104-wa0022 image-img-20260104-wa0027 image-img-20260104-wa0019

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki