image-n1karobka_ads
image-123
image-17454753971659812017_1200x630backend

Səidə Şəfiyeva: Böhran vəziyyətlərində strateji kommunikasiya daha da önə çıxır

Medianın İnkişafı Agentliyi tərəfindən 2021-ci ildən etibarən ənənəvi olaraq dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün xarici mütəxəssislərin iştirakı ilə təlimlər təşkil edilir. İndiyədək həmin təlimlər 200-dən çox iştirakçını əhatə edib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

Budəfəki təlim proqramının mövzusunun “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” olduğunu qeyd edən S.Şəfiyeva informasiyanın sürətlə yayıldığı bir dövrdə hər bir dövlət qurumu və təşkilat üçün strateji kommunikasiyanın mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu sahə ictimaiyyətlə qurum arasında etibarlı əlaqələrin yaradılması, məlumatın məqsədyönlü və şəffaf şəkildə ötürülməsi və ictimai inamın formalaşdırılmasında əsas rol oynayır. Xüsusilə böhran vəziyyətlərində strateji kommunikasiya daha da önə çıxır. Yəni böhran vəziyyəti baş verdikdə onun effektiv idarə olunması və kommunikasiyası üçün strategiya və davranış alqoritmlərinin öncədən müəyyənləşdirilməsi böhran vəziyyətlərində dövlət qurumlarının daha çevik və daha hazırlıqlı olmalarını təmin edir. Ona görə də budəfəki təlim proqramının əsas mövzusu məhz elə buna həsr olunub”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki