DXR-dən olan senator Aleksandr Voloşin bildirib ki, Donald Tramp ABŞ prezidenti seçilərsə, Donbasa getməyə dəyər.
Bu barədə RİA Novosti məlumat yayıb.
Senatorun sözlərinə görə, bu yolla Tramp DXR sakinlərinin və digər yeni qurumların “Vladimir Zelenskinin komandasının vəhşilikləri haqqında” fikirlərini birinci əldən öyrənəcək.
Bundan əvvəl Ali Radanın deputatı Yevgeni Şevçenko Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Zelenskini istefaya məcbur edəcəyi barədə fikir bildirib .
Həmçinin Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bildirib ki, Trampın ABŞ-dakı seçkilərdə qələbəsi Vaşinqtonun Kiyevə dəstəyini azalda bilər.
DOĞRU.AZ