image-2000x150px
image-123
image-ads_atlas
image-222502_g7c8w7o30gbackend

Sənət dostları Arif Quliyevi son mənzilə yola saldı – FOTOLAR

image-728x90px

Xalq artisti Arif Quliyevlə vida mərasimi başa çatıb.Axşam.az xəbər verir ki, sənət dostları, ailə üzvləri aktyorla vidalaşmaq üçün onun yaşadığı evin həyətinə yığışmışdılar.

A.Quliyevlə vidalaşmağa gələnlər arasında Xalq artistləri Valeh Kərimov, Gülyaz və Gülyanaq Məmmədova, Əməkdar artist Kübra Əliyeva və digərləri yer alıblar.

Yaxınları mərhumu son mənzilinə yola salır. Aktyor “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A.Quliyev 71 yaşında koronavirusdan dünyasını dəyişib.

Foto: İlqam Cəbiyev

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki