Xocavənd şəhərinə getdiyi deyilən Qarabağ separatçılarının lideri Arayik Harutyunyan açıqlamasında bildirib ki, “Normal həyat axarını bərpa etmək zəruridir”.
“Doğru.az” xəbər verir ki, separatçı lider bununla bağlı öz facebook səhifəsində video paylaşıb. Separatçı liderin arvad,uşağının isə Xankəndində olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycan Prokurorluğu separatçı liderlə bağlı cinayət işi açaraq, axtarışa veribdir.

























