image-ads_n1karobka_mobile
image-66b3064e02e8bd471f17de34backend

Səudiyyə Ərəbistanı, Qətər və İordaniya Qəzzaya sülhməramlılar göndərməkdən imtina edir

Səudiyyə Ərəbistanı, Qətər və İordaniya hakimiyyətləri Qəzza zolağında müharibədən sonrakı sülhməramlı missiyada iştirak etmək üçün öz sülhməramlılarını göndərmək niyyətində deyil.

Doğru.az xəbər verir ki, bu barədə “ The Times of Israel” yazır.

Yaxın Şərq ölkələri ABŞ-dan müvafiq təklif alıb. İmtina sülhməramlı missiyanın “İsraili fələstinlilərdən qorumaq” kimi görünməsi ilə izah olunur.

Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 39 583 nəfərə çatdığı bildirilmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki