Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası Çinin Tianjin şəhərində açılıb.
Doğru.az xəbər verir ki, Çin sədri Si Cinpin çıxışında ən qısa zamanda ŞƏT İnkişaf Bankının yaradılmasının vacibliyini vurğulayıb.
“Üzv dövlətlər arasında təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığa dəstəyi gücləndirmək üçün ən qısa zamanda Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankının yaradılması zəruridir”, – o deyib.
Siyasətçinin sözlərinə görə, təşkilata daxil olan ölkələrin iqtisadiyyatlarının həcmi 30 trilyon dollara yaxınlaşır. Si Cinpin əlavə edib ki, Pekin ŞƏT-in yüksək keyfiyyətli inkişafı üçün bütün ölkələrlə birgə səylərə hazırdır.
DOĞRU.AZ