image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_1969983415-pic_32ratio_900x600-900x600-98446backend

Şiə qruplaşması Suriyada ABŞ-ın daha iki hərbi bazasına hücum edib

image-728x90px

Suriyanın Deyr əz-Zor və Həsəkə əyalətlərində şiə silahlı qruplaşmalarının pilotsuz təyyarələri Amerika hərbi bazalarına hücum edib.

Bu barədə Associated Press xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iranyönlü şiə qruplaşması “İraqın İslam Müqaviməti” pilotsuz təyyarələrdən ABŞ-ın Əl-Ömər neft yatağı yaxınlığında və Əş-Şəddadda yerləşən hərbi bazalarına hücum etmək üçün istifadə edib.

Hücum şiələrin ABŞ-ın Homs əyalətindəki At-Tanf hərbi bazasına pilotsuz təyyarə ilə hücuma görə məsuliyyəti öz üzərinə götürməsindən bir neçə saat sonra baş verib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ rəsmiləri İranın Suriya və İraqda ABŞ hərbçilərinin olduğu bazalara hücum edən qrupları dəstəklədiyinə inanır.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki