Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoliyə hərbi əməliyyatların gedişi barədə məruzə edib.
“Mənim NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanı, general Kristofer Kavoli ilə söhbətim olub. Vəziyyət və döyüş əməliyyatlarının gedişi barədə məlumat verilib”, – Sırski Telegram-da yazıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanının sözlərinə görə, o, avropalı komandirlərə Ukrayna ordusunun ehtiyacları barədə məlumat verib, əsas diqqəti sursat və hərbi texnikaya yönəldib, həmçinin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini müzakirə edib.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Aİ avqustun 29-30-da Kiyevə hava hücumundan müdafiə sistemlərinin yeni təchizatını müzakirə edəcək.
Mənbə RİA Novosti