image-n1karobka_ads
image-123
image-1746016594651683545_1200x630backend

ŞKTC Prezidenti Azərbaycan alimlərini qəbul edib – FOTO

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Lefkoşada tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimini qəbul edib.

AZƏRTAC xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarından ibarət qrup Kipr-Azərbaycan Dostluq Cəmiyyətinin dəvəti ilə Lefkoşada səfərdədir.

ŞKTC lideri “Bir millət, üç dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan-Türkiyə-ŞKTC əlaqələrindən məmnunluğunu ifadə edib.

Ersin Tatar Azərbaycanı “qardaş dövlət” adlandırıb, Lefkoşaya yaxınlıq və dəstəyə görə rəsmi Bakıya və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Siyasətçi türk xalqları arasında tarixi-mədəni əlaqələrin sarsılmaz olduğunu qeyd edib. “Biz Azərbaycan xalqının əsl qardaşlarıyıq. Xalqlarımızı ortaq dil, din və mədəniyyət birləşdirir: Mən dost Azərbaycanın hər bir sakinini salamlamaq istərdim”, -deyə E. Tatar bildirib.

DOĞRU.AZ

image-17460165946146837520_1200x630 image-1746016594558537901_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki