image-n1karobka_ads
image-123
image-upload-ap24136477216745-pic_32ratio_900x600-900x600-43195backend

Slovakiya Fikoya qarşı sui-qəsd cəhdində digər ölkələrlə əməkdaşlıq edir

Baş nazir Robert Fikoya sui-qəsd cəhdinin istintaqı çərçivəsində Slovakiyanın təhlükəsizlik xidmətləri xarici ölkələrin hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir, digər ölkələrdən olan həmkarları Bratislava hadisə ilə bağlı yeni məlumatlar təqdim etməyə çalışırlar.

Bunu Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Robert Kaliniak TA3 telekanalının efirində deyib.

“Əlbəttə, təkcə bizim təhlükəsizlik xidmətlərimiz deyil, digər ölkələrdən olan həmkarlarımız da bizə kömək etməyə və yeni məlumatlar təqdim etməyə çalışırlar”, – o vurğulayıb .

Bundan əvvəl Slovakiya parlamenti Fikoya qarşı sui-qəsd cəhdindən sonra siyasi motivli zorakılığı pisləmək üçün yekdilliklə səs verib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki