image-n1karobka_ads
image-123
image-ylejockp1xgyyapzq0rrkzzb4z6yvmeiyw8f2r82_1200backend

Sloveniyanın XİN rəhbəri Şəhidlər xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib – FOTO

Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabanını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Tanya Fayon əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra qonaq İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsini anaraq, abidəsinin önünə gül dəstəsi qoyub.

DOĞRU.AZ

image-8s603asfwaeq09ibo5hygstabraqkkkav1amplit_640 image-q1tv6zz2t0nip5xd0ow503vaflwfbvyqmehyaqwt_640 image-echzbfyx6eejqkckp0vyl3wrdqygvvwykonxun2q_640 image-govxzpzyixgy7twsuc1x4nethggeyrhhoiookow5_640 image-h3595j589nckmpthtgflhg2q4fmdvufvskavvq8q_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki