Almaniya kansleri Olaf Şolz Ukraynanın yaxın 30 ildə NATO-ya qəbul olunmayacağını etiraf edib.
“Siz keçmiş NATO sammitlərinin qərarlarını bilirsiniz – bu yaxın gələcəkdə gözlənilmir. Yəqin ki, yaxın 30 ildə gözlənilmir”, – Şolz vətəndaşlarla görüşdə bildirib.
Ötən həftə NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın alyansa nə vaxt qoşulacağını bilmədiyini deyib.
Onun sözlərinə görə, bu perspektivi yaxınlaşdırmaq üçün Ukrayna NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmalı və alyansın texniki standartlarına yaxınlaşmalıdır.
Mənbə: Haber Global