image-n1karobka_ads
image-123
image-2026_01_09t105621z_1_lynxmpem080i9_rtroptp_3_iran_economy_protestsbackend

SON DƏQİQƏ: İranda 26 bank, 25 məscid dağıdıldı

image-ad_qayo_720x110px

Tehranın meri Əlirza Zəkani şəhərdə baş verən etirazlar zamanı ciddi dağıntıların olduğunu açıqlayıb. TRT Arabi-yə istinadən verilən məlumata görə, iğtişaşlar zamanı 24 yaşayış binası, 25 məscid, iki xəstəxana və 26 bank vandalizm yolu ilə dağıdılıb. Bundan əlavə, etirazçılar 48 yanğınsöndürmə maşınını da yandırıblar.

Doğru.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl İrandakı vəziyyəti “problemli” adlandıraraq, ABŞ hakimiyyət orqanlarının kütləvi zorakılıq halında sərt cavab verməyə hazır olduğunu bildirmişdi.

Buna cavab olaraq, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin yeni hücumunun mümkün olmadığını bildirib. İranın Ali Lideri Əli Xamenei isə etirazçıları Trampı razı salmağa çalışmaqda günahlandırıb və ölkədəki gərginliyin bundan qaynaqlandığını qeyd edib.

İran hakimiyyəti hazırda vəziyyətin nəzarət altında olduğunu bildirir, etirazların səbəbləri və gələcək tədbirlər isə araşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki