Rusiya və Belarus xüsusi hərbi əməliyyat zonasında təlim, silahlanma və döyüş əməliyyatlarında iştirak edən 50-dən çox dövlətin təmsil etdiyi kollektiv Qərbə qarşı birgə mübarizə aparmalıdır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçlə görüşündə bildirib.
“Bir çox əməliyyatlar Qərb qərargahı tərəfindən planlaşdırılıb. Buna görə də, burada, ötən onilliklər və əsrlər kimi, arxa-arxaya və çiyin-çiyinə olmalıyıq”, – deyə RİA Novosti onun sözlərinə istinad edir.
Daha əvvəl bildirilmişdi ki, Rusiya və Belarus Təhlükəsizlik Şuralarının katibləri Şoyqu və Volfoviç Ukraynadakı münaqişəni qiymətləndirmək barədə razılığa gəliblər.
Mənbə RİA Novosti