Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana planlaşdırılan işgüzar səfərə gəlib.
Şoyqu Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq.
Şoyqunu İran prezidenti Məsud Pezeşkian da qəbul edəcək.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri Vladimir Putin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində İranın seçilmiş prezidenti Məsud Pezeşkianla görüşməyə hazırlaşır.
Mənbə RİA Novosti