Rusiyanın müdafiə naziri Sergey Şoyqu “V.P.Çkalov adına Novosibirsk Aviasiya Zavodu” hərbi-sənaye kompleksi müəssisəsinin rəhbərliyinə istehsal olunan məhsullara tələbatı nəzərə almaqla, avadanlıqların istehsalı və təmiri sürətini artırmağı tapşırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
Departamentin mətbuat xidmətindən verilən məlumata görə, Şoyqu zavoda səfəri zamanı Birləşmiş Aviasiya Korporasiyasının məhsullarının uçuş-sınaq stansiyasına və montaj sexinə baxış keçirib. Bu müəssisə Su-34 qırıcılarının istehsalı, təmiri və modernləşdirilməsi ilə məşğuldur.
Bundan əvvəl Şoyqu Silahlı Qüvvələr tərkibində müqaviləli hərbi qulluqçularla doldurulan doqquz ehtiyat alayın formalaşdığını elan edib.
Mənbə: Gazeta.ru