image-n1karobka_ads
image-123
image-2023-09-19t165335z_1970198196_rc2sb3anooba_rtrmadp_3_nato-un-pic_32ratio_900x600-900x600-58336backend

Stoltenberq Ukraynanın NATO-ya üzvlüyünün perspektivlərindən danışıb

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya nə vaxt qoşulacağını bilmədiyini deyib. Onun sözlərini The Economist nəşri sitat gətirir.

“Ukraynanın nə vaxt NATO-ya üzv olacağını dəqiq deyə bilmərəm. Ancaq biz Ukraynaya bunun üçün [lazımi] şəraitin yaradılacağı vəziyyətə gəlməsinə kömək edirik”, – o bildirib.

NATO baş katibinin sözlərinə görə, bu perspektivi yaxınlaşdırmaq üçün Ukrayna NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmalı və alyansın texniki standartlarına yaxınlaşmalıdır.

Bununla yanaşı, Stoltenberq qeyd edib ki, hazırda NATO ölkələri arasında Ukraynanın öz sıralarına qəbul edilməsi məsələsində konsensus yoxdur.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki