image-2000x150px
image-123
image-ads_atlas
image-rian_6600863-hr-pic_32ratio_1200x800-1200x800-62467backend

Su-57 qırıcısına ən son rəqəmsal rabitə sistemi təqdim edilib

image-728x90px

Beşinci nəsil Su-57 çoxfunksiyalı qırıcı təyyarədə ən son rəqəmsal rabitə avadanlığı ilə təchiz olunub ki, bu da informasiyanın ötürülməsinin keyfiyyətini artıracaq.

Bu barədə TASS Rostec-in tərkibinə daxil olan Ruselectronics holdinqinin mətbuat xidmətinə istinadən xəbər verir.

Holdinq bildirib ki, “Ruselectronics”in tərkibinə daxil olan NPP Polet tərəfindən hazırlanmış perspektivli çoxfunksiyalı Su-57 qırıcısı üçün rabitə avadanlığı kompleksi təyyarələrə təqdim edilib.

Kompleks yüksək və çox yüksək tezlik diapazonlarında fəaliyyət göstərir, artan səs-küy və kəşfiyyat toxunulmazlığına malikdir. Avadanlıq məlumat ötürülməsinin etibarlılığını təmin edir.

Ruselectronics qeyd edib ki, yeni rabitə kompleksi bundan sonra istənilən təyyarələrdə, o cümlədən əvvəlki nəsillərdə də istifadə oluna bilər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki