image-n1karobka_ads
image-123
image-almeghdadbackend

Suriya Xarici İşlər Nazirliyi: Yaxın Şərqdə vəziyyət gərgindir, biz hər şeyə hazırlaşmalıyıq

image-ad_qayo_720x110px

Suriyanın xarici işlər naziri Feysəl Mikdad Belarusun “Belarus 1” telekanalına müsahibəsində bildirib ki, Yaxın Şərqdə vəziyyət gərgindir və biz bütün variantlara hazır olmalıyıq.

“İstənilən variant mümkündür, bütün ehtimallar, necə deyərlər, masanın üstündədir. Biz bütün variantlara hazır olmalıyıq”, – diplomat qeyd edib.

Eyni zamanda o, ABŞ-ın israillilərə verdiyi təyyarələrin Suriyaya reydlər təşkil etdiyini, həmçinin insanları öldürdüyünü vurğulayıb.

“Düşünürəm ki, Qərb ölkələri artıq özləri üçün müəyyən ediblər ki, guya insan haqlarını və demokratiyanı qoruyurlar. Amma bu, praktikada işləmir”, – deyə Miqdad vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Qərb ölkələrinin eyni vaxtda Ukrayna və İsrailə dəstək verməklə ikiüzlülük nümayiş etdirdiyi fikrini bildirmişdi.

Həmçinin Fələstin lideri Mahmud Abbas bildirib ki, ölkə beynəlxalq sülh konfransı çərçivəsində İsraillə yekun status danışıqlarına hazırdır.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki