image-2000x150px
image-123
image-ads_atlas
image-photo_1659715882680backend

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+Yenilənib

image-728x90px

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

***

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Azyaşlı qrup üzrə qaliblər:

I yer Həzrət Əzizli

II yer Fatimə Kərimova

III yer Sabir Ağayev.

Gənc xanəndələr arasında qaliblər:

I yer  Fuad Əzizadə

II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova

III yer Daşqın Kürçaylı və Vüqar Əbilov

Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki