Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, Vaşinqton “rəngli inqilab” baş verəcəyi təqdirdə Gürcüstan hakimiyyətinin “mülki insanlara” qarşı güc tətbiq etməsinə cavab variantlarını nəzərdən keçirir.
Bu barədə RİA Novosti məlumat yayıb.
SVR-nin mətbuat bürosunda deyilir: “Amerikalılar hakimiyyətin “mülki insanlara” qarşı “həddindən artıq” güc tətbiq etməsinə “amansız” siyasi və iqtisadi cavab variantları üzərində əvvəlcədən işləyirlər”.
Xidmət həmçinin bildirib ki, ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır.
Kəşfiyyat rəsmilərinin bir qədər əvvəl qeyd etdiyi kimi , Gürcüstandakı seçkilərdən əvvəl Vaşinqton hakim “Gürcü arzusu” partiyasının mövqelərini zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri artırmaq niyyətindədir.
DOĞRU.AZ