image-2000x150px
image-123
image-ads_atlas
image-tadjik-pic905-895x505-28403backend

Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edir

image-728x90px

Tacikistan hakimiyyəti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək.

Bu barədə “Xovar” agentliyi respublikanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, Tacikistan belə bir addımı “qarşılıqlılıq prinsipini həyata keçirmək üçün” atıb.

“Türkiyə vətəndaşları Tacikistan Respublikasının xaricdəki səfirliklərində və konsulluqlarında Tacikistan Respublikasının vizasını ala bilərlər”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Türkiyənin Düşənbədəki səfirliyinin nümayəndələri bildiriblər ki, Tacikistan vətəndaşlarının Türkiyəyə səfəri üçün viza rejimi müvəqqəti tədbirdir.

Mənbə: Habertürk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki