image-n1karobka_ads
image-123
image-1753422024_6ee098d1-69a9-3586-b647-cf83e99bd9bd_850backend

Tailand ordusu Kambocaya artilleriya zərbəsi endirdi – 13 ölü, 70-dən çox yaralı

image-ad_qayo_720x110px

Tailand artilleriyasının Kamboca ilə sərhəddə yerləşən Pursat əyalətini atəşə tutması nəticəsində azı 13 nəfər həlak olub, 70-dən çox insan isə yaralanıb.

Doğru.az xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti Kamboca Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Yaralananlar arasında 21 hərbçi və 50-dən çox mülki şəxs var.

Qeyd edək ki, Tailand bir qədər əvvəl sərhəd boyunca səkkiz ərazidə hərbi vəziyyət elan edib. Hazırda regionda vəziyyətin daha da gərginləşdiyi bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki