Əfqanıstanın hakim Taliban hərəkatı dünya ölkələrini Rusiyanın addımını nümunə götürərək Əfqanıstan İslam Əmirliyini rəsmən tanımağa çağırıb.
Doğru.az xəbər verir ki, bu çağırışla Talibanın Siyasi Bürosunun rəhbəri və Əfqanıstanın Qətərdəki səfiri Suhail Shaheen çıxış edib.
“Bu tanınma birgə əməkdaşlıq üçün yeni perspektivlər açır və mən digər ölkələri Rusiyadan nümunə götürməyə dəvət edirəm”, – deyə o, RIA Novosti-yə açıqlamasında bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Əfqanıstan İslam Əmirliyini tanıdığını rəsmən bəyan etmişdi.
DOĞRU.AZ