Taliban hərəkatınınnümayəndələri Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyir.
Bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov “Soloviev Live” telekanalının efirində bildirib.
“Onlar Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyini açıq şəkildə dəstəkləyirlər. Onlar bu prosesin səbəblərini və nəticələrini başa düşürlər, sözdə və ruhda bizim tərəfimizdədirlər”, – diplomat bildirib.
Kabulov onu da vurğulayıb ki, Taliban ya onunla, ya da Rusiyanın Kabildəki səfiri ilə təmaslarda öz mövqeyini bildirir.
Mənbə: lenta.ru