image-2000x150px
image-screenshot_20211112-094533_youtubebackend

Tanınmışlar qələbəmizin “Zəfər Marşı” nı səsləndirdi – VİDEO

image-728x90px

Sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 30 il səbrlə gözlədiyimiz ZƏFƏRi bizə yaşatdı! Azərbaycan xalqı bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu qürurlu və çətin yolda hər kəs səfərbər oldu. Mərd oğullarımız bir an belə düşünmədən mübarizəyə qoşuldu. Düşməni öz əzmkarlıqları ilə vahiməyə salan qəhrəmanlarımız bu torpaq, bu Vətən, bu xalq ZƏFƏRə qovuşsun, haqq öz yerini tapsın deyə canını fəda etdi. Şəhidlər fəda etdikləri canları ilə düşmənin viran qoyduğu Qarabağımıza əbədi can verdilər. 

Şəhidlərimizin xatirəsinə həsr olunan “Zəfər Marşı” üçün Şuşada çəkilən çarx Zəfərimizin ildönümü ərəfəsində şəhid anaları, şəhid ailələri, şəhid övladları üçün əsl hədiyyə oldu.

Doğru.az xəbər verir ki, marşın sozləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanova, musiqisi bəstəkar Rauf Məmmədova, oranjimanı Azərbaycanın Xalq Artisti Natiq Şirinova aiddir.

Azərbaycanın Xalq Artistləri Alim Qasımovun, Rasim Balayevin, Zülfiyyə Xanbabayevanın və şəhid övladlarının ifasında səslənən bu marş Şəhidlərimizin qəhrəmanlığını bir daha xatırlatdı, Vətənin müqəddəsliyini bir daha önə çəkdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi və “Fire Land Production”un təşkilatçılığı ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində uzun həsrətdən sonra Şuşada ifa olunan Zəfər Marşının çəkilişlərində qəhrəman oğullarımızın anaları da iştirak etdi, 3 rəngli bayrağımıza sarılaraq qürur hissi ilə təskinlik tapdı.

Zəfər marşı torpağı qəhrəman oğullarımızın qanı ilə yoğrulmuş Şuşamıza yeni bir əzəmət qatdı.

Bəli… Artıq böyük zəfərdən 1 il ötür.

Bu 1 ildə bu günləri bizə yaşadan qəhrəmanlarımızı, canlarını Vətən sevgisi uğruna fəda edən şəhidlərimizi bir an belə unutmadıq, daim ehtiramla xatırladıq. Qəhrəman şəhidlərimiz başımızı bütün dünyada uca edən, ZƏFƏR tariximizin müəllifi olan, artıq olmaz dediyimizi olar edən, nümunə götürəcəyimiz, fəxr edəcəyimiz qəhrəmanlardır! Şəhidlərimiz, qazilərimiz və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, QARABAĞ-AZƏRBAYCANDIR! 

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki