image-2000x150px
image-123
image-ads_atlas
image-gas_line_091119backend

TAP yaxın iki il ərzində tam gücünə çatacaq – BEA

image-728x90px

Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) yaxın iki il ərzində illik 10 milyard kubmetr həcmində tam gücünə çatacaq.

Doğru.az bu barədə Trend.az- a istinadən bildirir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunub ki, 2020-ci ildə Avropanın boru kəmərləri ilə qaz idxalı Rusiya, Şimali Afrika və İrandan idxalın kəskin azalması ilə əlaqədar 10 faizdən çox azalıb: 2021-ci ildə boru kəmərləri ilə qaz tədarükünün 2019-cu il səviyyəsinə çatması gözlənilir. 2021-ci ilin birinci yarısında TAP vasitəsilə təxminən 3 milyard kubmetr qaz ixrac olunub ki, ilin sonunadək bu gösərici 5 milyard kubmetrədək çata bilər. 2021-2024-cü illərdə Avropaya boru kəməri ilə qaz nəqlinin 6 faiz artacağı gözlənilir. Buna, əsasən, regionda istehsalın sürətlə azalması səbəb olacaq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki